172
Kapital 24 Noyabr 2021, 02:00

ABŞ strateji neft ehtiyatlarının 50 milyon barelini satışa çıxaracaq

ABŞ strateji neft ehtiyatlarının 50 milyon barelini satışa çıxaracaq. Bu barədə ölkə prezidenti Co Bayden elan edib. Onun sözlərinə görə, strateji ehtiyatların satılması ABŞ-da yanacaq qiymətlərinin ucuzlaşması və pandemiyadan sonra tələb və təklifin balanslaşdırılması məqsədilə həyata keçiriləcək.

Ağ Evin bəyanatında bildirilir ki, ABŞ analoji addımı bir sıra ölkələrdən, o cümlədən Böyük Britaniya, Hindistan, Cənubi Koreya və Yaponiyadan gözləyir.

Eyni zamanda, Hindistan da strateji neft ehtiyatlarının 5 milyon tonunun satılacağını elan edib.

Xəbərlər