189
Kapital 19 Sentyabr 2021, 15:39

ABŞ-da qazın qiyməti 7 illik maksimuma çatıb

ABŞ-da təbii qazın qiyməti 2014-cü ildən bəri rekord həddə çatıb. Bu barədə "Wall Street Journal" qəzetinə istinadən xəbər verir. Qəzetin yazdığına görə, sentyabr ayında qiymətlər 17% artıb.

Mövcud qiymət artımı həm ev təsərrüfatları, həm də sənaye müəssisələrinə ağır zərbə vura bilər.

Bu vəziyyətdən isə enerji şirkətləri faydalana bilər. Belə ki, qazın bahalaşmasından sonra onların səhmləri 5% bahalaşıb. Digər sektorlarda qiymətli kağızlar 5%-dən çox ucuzlaşıb.

Xəbərlər