399
Kapital 15 Sentyabr 2021, 22:18

Ərzağın qiyməti 60 illik rekordu vurdu

Ərzaq məhsullarının qiymət artımı dünyada 1970-ci illərdən bəri ən yüksək həddə çatıb. Hökumətlər ərzaq məhsullarının qiymətlərinin kəskin artmasından narahatdır və bazarı zəiflətmək üçün yollar axtarır. Bu barədə Bloomberg agentliyi yazır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada ərzaq qiymətləri avqust ayında keçən illə müqayisədə 33 faiz artaraq 60 illik rekordu vurub. Əsas səbəb bitki yağının, dənli bitkilərin və ətin qiymətinin artması olub. Qiymət artımına həmçinin qlobal istiləşmənin nəticəsi olan ekstremal hava şəraiti də səbəb olub. Pandemiyadan sonra iqtisadiyyatların aktiv şəkildə bərpası yük daşıma və gübrə xərclərini artırıb. Bundan başqa, lokdaun ləğv edildikdən sonra bir çox ölkə işçi çatışmazlığı ilə üz-üzə qalıb.

virtualaz.org

Xəbərlər