232
Kapital 15 Sentyabr 2021, 19:50

Qazın ardınca neftin də qiyməti qalxır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 3,34 faiz artaraq 1 barelə görə 76,06 dollar təşkil edib. Sonuncu dəfə Brent markalı neftin qiyməti 76 dollardan baha 14 iyul tarixində qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 15-i, çərşənbə günü, Avropada qazın birja qiyməti tarixi maksimumu yeniləyib və ilk dəfədir ki, min kubometr qaz 960 dollardan baha olub. Yanacaq regionda xam malın ehtiyatlarının azalması və soyuq qışın gözlənilməsi fonunda bahalaşmağa davan edir. (TASS) 

virtualaz.org

Xəbərlər