146
Kapital 15 Sentyabr 2021, 19:01

Azərbaycan və Belarus hərbi maliyyəçiləri maliyyə və büdcə məsələlərini müzakirə etdilər

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 15-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Həmçinin, görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

Xəbərlər