145
Kapital 15 Sentyabr 2021, 18:20

Azərbaycandan təbii qaz ixracı 47 faiz artıb

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,242 milyard kubmetr həcmində təbii qaz ixrac edib. Bu məlumat Dövlət Gömrük Komitəsinin statistikasında əks olunub. Məlumata görə, ötən 8 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2,350 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 47,2 faiz, dəyəri isə 38 faiz çoxdur. Bu ilin ilk 8 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 18,17 faiz təşkil edib.

Xəbərlər