137
Kapital 15 Sentyabr 2021, 12:52

Avropada təbii qazın qiyməti ilk dəfə 840 dolları keçib

Avropada qazın qiyməti hər 1 000 kubmetrinin qiyməti 840 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.

Xarici mətbuat xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 842,5 ABŞ dollarına çatıb.

Beləliklə “mavi yanacağ"ın qiyməti ardıcıl olaraq 3-cü gündür ki, tarixi maksimumları yeniləyir.

Xəbərlər