187
Kapital 13 Sentyabr 2021, 11:29

Daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlər 8,42 faiz artıb. 

Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib: “Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,73 faiz azalıb. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 1,93 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,18 faiz bahalaşma qeydə alınıb”.

“Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində 0,36 % faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 3,47 faiz artıb”, - deyə ekspert əlavə edib.

Xəbərlər