142
Kapital 13 Sentyabr 2021, 11:15

"BMW" 150 minə yaxın avtomobilini geri çağırdı

Almaniyanın aparıcı avtomobil istehsalçısı - BMW şirkəti Çin bazarından 142 min 754 avtomobilini geri çağırır. Söhbət 7 sentyabr 2011-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə kimi buraxılmış “116i”, “118i”, “120i”, “125i”, “218i”, “220i”, “320i”, “325i”, “328i”, “330i”, “340i”, “420i”, “428i”, “430i”, “435i”, “440i”, “M135i”, “M2”, “M235i”, “M3”, “M4” və “Active Hybrid 3” modellərindən gedir.

Geri çağrılma avtomobillərin yanacaq çənindəki mümkün problemlərlə əlaqələndirilir. Belə ki, çənlərin konstruksiyası və hazırlanma prosesi ilə bağlı çatışmazlıqlar çən tam dolduğu təqdirdə yanacağın axmasına gətirib çıxara bilər. Bu isə təhlükəsizlik üçün təhdid yaradır. (Report)

Xəbərlər