228
Kapital 27 İyul 2021, 17:35

“Tesla” elektriklə işləyən yük avtomobillərinin istehsalını təxirə salıb

ABŞ-ın “Tesla” şirkəti “Semi” elektrik mühərrikli yük avtomobillərinin istehsalını 2022-ci ilə kimi təxirə salıb. Bu qərar akkumulyatorların tədarükü ilə bağlı böhranla əlaqədardır.

Şirkət səylərini cari ildə Berlin və Texasdakı yeni müəssisələrində “Model Y” elektormobillərinin istehsalı və “Cybertruck” pikapının seriya buraxılışına hazırlamaq istiqamətində cəmləşdirəcək. (Report)

Xəbərlər