752
Kapital 27 İyul 2021, 22:43

Özünə “uçan saray” alan milyarder Avdolyan və onun qaranlıq keçmişi

Erməni əsilli rusiyalı milyarder Albert Avdolyan bu günlərdə özünə dünyanın ən bahalı özəl təyyarəsi hesab edilən “Bombardier Global 7500” alıb. Virtualaz.org “Forbes” jurnalının rus versiyasına istinadən yazır ki, bu biznes-jetin baza dəyəri 73 milyon dollardan başlayır, lakin salonun yığılmasından asılı olaraq bu məbləğ xeyli arta bilər.

Albert Avdolyan Rusiyanın ilk LTE-operatoru olan “Yota” şirkətinin qurucusudur. Hazırda “Telconet Capital” və “A-Property” şirkətləri də ona məxsusdur. 2019-cu ildə “A-Property” Yakutiyada dağıstanlı milyarder (hazırda həbsdədir) Ziya Maqomedova məxsus olan yanacaq-energetika şirkətini alıb. Onun digər aktivləri də var.

Avdolyanın hava donanmasında yeni “Bombardier Global 7500” ilk təyyarə deyil. Biznesmenin daha köhnə model-“Bombardier Global 6000” təyyarəsi də var və onun qiyməti 60 milyon dollardan başlayır. Lakin ikinci əl təyyarələr bazarında bu qiymət daha aşağıdır.

Milyarderin nümayəndəsi onun yeni təyyarə almasını şərh etməyib, “Forbes”ə danışan mənbələr isə deyiblər ki, Avdolyan təyyarəni 2021-ci ilin birinci yarısında alıb. “Bombardier Global 7500”  dünyanın ən iri biznes-təyyarələrindən biridir. Onun salonunda dörd yataq və istirahət otağı, tamölçülü mətbəx və heyət üzvləri üçün xüsusi kayut var. Təyyarə tam dolu yanacaq çənləri ilə dayanmadan 14 min 260 kilometr məsafə uça bilir.

“Bu, əsl uçan evdir”,-“BizavNews” portalının rəhbəri Dmitri Petroçenko bildirib. O, qeyd edib ki, təyyarənin salonu bütünlüklə sifarişçinin istəyinə uyğun yığıla bilər. Məsələn, müştəri istəsə salonda konfrans-zal və ya əyləncə zalı da mümkündür.

Albert Avdolyan 1970-ci ildə Krasnodarda erməni ailəsində anadan olub. Onun keçmişi qaranlıqdır. Avdolyanın ata və anası kim olub, o gənclik vaxtlarında nə işlə məşğul idi, orta məktəbi bitirəndən sonra harada təhsil alıb, bütün bunlar haqda KİV-lərdə heç bir məlumata rast gəlinmir. Lakin bəzi mənbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin araşdırmalarına istinad edib bildirir ki, Avdolyanın ailəsi kriminalitetlə bağlı olub və onların narkotik ticarəti ilə məşğul olduqlarına dair şübhələr var. O, iri biznesdə ilk addımlarını 1999-cu ildə atıb və “UsolyeXimprom” konserninin səhmlərinin 15 faizini alıb.

Virtualaz.org

Xəbərlər