236
Kapital 27 İyul 2021, 12:46

Gəncə sakininin bank hesabından pul oğurlandı

Nizami (Gəncə) Rayon Polis İdarəsinə iyulun 24-də Gəncə şəhər sakini Ş.Tağıyevin bank hesabından 920 manat pulunun oğurlanması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən redaksiyamıza məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nağıyev müəyyən saxlanılıb.

Xəbərlər