388
Kapital 26 İyul 2021, 16:23

UAZ istehsalı 5 günlük dayandırır

Rusiyanın avtomobil istehsalçısı UAZ bu gündən avqustun 1-nə qədər korporativ yay tətilinə gedir. Bu dövr ərzində minik avtomobillərinin istehsalı dayandırılacaq.

Tətil bitəndən sonra isə istehsal adi qaydada beş günük iş rejimində bərpa ediləcək.

Bu ilin ilk yarısında şirkət 20,5 min, o cümlədən 8 373 ədəd “Patriot” modelindən olan avtomobil istehsal edib. Onun Rusiya bazarındakı payı 1,5 % təşkil edir.

Xəbərlər