565
Kapital 18 İyul 2021, 14:55

Azərbaycanda qiymətlər neçə faiz artıb?

Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib. Bu il yanacaq və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşdür?

Milli Məclisin üzvü Vahid Əhmədov Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlarla bağlı həmişə fikir ayrılığı olduğunu vurğulayaraq bildirib ki, qurum inflyasiyanın aşağı olduğunu göstərsə də, reallıqda fərqli mənzərədir.

Onun fikrincə, Komitənin hesablamalarında səbətə nələrin daxil edildiyinə diqqət yetirmək lazımdır: “Səbətə daxil edilən məhsulların miqdarından çox şey asılıdır”. Bununla belə Vahid Əhmədov DSK-nin məlumatlarının həqiqəti əks etdirmədiyi qənaətindədir:“Çünki Azərbaycanda qiymət artımı kifayət qədər böyükdür. İnflyasiyaya gəldikdə, 9 və 9.5 faiz inflyasiya var. Qiymətlərin artması real idi, çünki məhsulların maya dəyərinə təsir göstərən yanacağın, qazın və suyun qiyməti artıb”.

Xəbərlər