611
Kapital 16 İyul 2021, 22:54

Prezident bir neçə ölkədən səfirləri geri çağırdı

Bu gün prezident İlham Əliyev diplomatik korpusda bəzi kadr dəyişiklikləri edib. Prezidentin imzaladığı sərəncamla  Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusdakı   fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Habelə dövlət başçısı Rəşad Eynəddin oğlu Məmmədovun Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Prezidentin imzaladığı digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov onun yerinə təyin edilib.

 Başqa bir sərəncam Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə  Əlimirzamin Qəvvam oğlu Əskərov təyin edilib.

Habelə Azərbaycanın  Pakistandakı  fövqəladə və səlahiyyətli səfiri Əli Fikrət oğlu Əlizadə vəzifəsindən geri çağırılıb. Xəzər Nadir oğlu Fərhadov onun yerinə təyin edilib.

Virtualaz.org

Xəbərlər