404
Kapital 19 İyun 2021, 10:45

Azərbaycan nefti 74,54 dollara satılır

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar artaraq 73,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,60 dollar bahalaşaraq 71,64 dollar olub.

Azərbaycan neftinin qiyməti də cüzi bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dollar artaraq 74,54 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbərlər