229
Kapital 10 iyun — 10:49

Azərbaycan neftinin qiyməti 73 dolları ötdü

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,50 dollar geriləyərək 71,72 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar ucuzlaşaraq 69,51 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light”in bir barelinin qiyməti 0,52 dollar artaraq 73,17 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbərlər