234
Kapital 8 iyun — 13:07

Azərbaycan nefti 72,24 dollara satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar geriləyərək 70,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,46 dollar ucuzlaşaraq 68,77 dollar olub.

Azərbaycan neftinin bir barelinin qiyməti də 0,24 dollar ucuzlaşaraq 72,24 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbərlər