308
Kapital 12 may — 19:00

Gürcüstanda yanacaq bahalaşdı

Gürcüstanda avtomobil yanacağı, benzinin qiyməti kəskin bahalaşıb. Gürcüstanın yanacaqdoldurma məntəqələrində indi “Super” markalı benzinin bir litri 3.05 lariyə (1,50 manat) satılır.

Qeyd edək ki, bu ölkənin yanacaq bazarında son 10 ilin ən yüksək göstəricisidir.

Ekspertlər yanacağın kəskin bahalaşmasını milli valyuta GEL-in ucuzlaşması ilə əlaqələndirirlər.
İqtisadçı ekspertlər aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağını bildirilər. Hazırda Gürcüstanda benzinin ən aşağı qiyməti bir litr üçün 2,83 lari (1,40 manat) təşkil edir.

Xəbərlər