203
Kapital 4 may — 00:52

ÜST: Gələn il qlobal peyvəndləmə üçün 45 milyard dollar lazım olacaq

2022-ci ildə dünyanın yetkin əhalisinin əksəriyyətini koronavirusa qarşı peyvəndlə təmin etmək üçün 35-45 milyard ABŞ dolları həcmində vəsait lazım gələcək.

TASS xəbər verir ki, bunu  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə deyib.

O xatırladıb ki, bu il COVID-19-a qarşı preparatlara və “ACT-Accelerator” diaqnostikası vasitələrinə çıxışın təmin olunması üzrə beynəlxalq tərəfdaşlığın 19 milyard ABŞ dolları məbləğində maliyyəyə ehtiyacı var.

 

Xəbərlər