1071
Kapital 3 may — 10:49

“Lamborghini” yoldan çıxdı, bunu görən “İnfinity Q60” sürücüsü tormozladı, “Porsche Panamera” arxadan onu vurdu

Moskvada “Moskva-Siti” beynəlxalq biznes mərkəzinin yaxınlığında, Presnensk bulvarında eyni vaxtda üç super-bahalı avtomobilin iştirakı ilə yol qəzası baş verib. Artıq sosial şəbəkələrdə hadisəni “bu yaz mövsümümün ən bahalı yol qəzası” adlandırıblar. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qırmızı rəngli “Lamborghini Huracan” (Moskva avtosalonlarında bu avtomobilin qiyməti təqribən 220 min dollardır) sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq yaşıllıq zonasına “uçub”. Bu məqamda ymol nəqliyyat hadisəsinin şahidi olan “İnfinity Q60” markalı cipin (qiyməti təqribən 80 min dollar) sürücüsü qəfil tormozlayıb. Lakin arxadan gələn “Porshe Panamera” (tüninq edilmiş variantda-qiyməti 200 min dollardan yuxarı) onu vurub. Beləliklə, qəzada ümumi dəyəri yarım milyon dollardan yuxarı olan üç avtomobil iştirak edib. Hər üç avtomobilə ciddi ziyan dəyib.

Virtualaz.org

Xəbərlər