828
Kapital 19 aprel — 17:17

FTX-nin axtardığı biznesmen-oliqarx Kərim Babayev və oğlanlarının dosyesi

Xəbər verildiyi kimi aprelin 12-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rostov vilayətinin Aksay rayonunun başçısı, 27 ildir bu vəzifəni tutan Vitali Borzenkonu həbs edib. Borzenko dövlətə məxsus torpaq sahələrini dələduzluq yolu ilə satmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada və digər bu kimi əməllərdə istifadə olunur. Onunla birlikdə Rostov vilayətində çox zəngin iş adamı olan Kərim Babayevin iki oğlu da saxlanılıb (daha sonra biri buraxılıb). Kərim Babayevin özü isə axtarılır, onun ya Türkiyəyə, ya Azərbaycana qaçdığı haqda iddialar var. Kərim Babayev Borzenkonun da daxil olduğu qruplaşmanın əsas adamı hesab olunur.

Virtualaz.org xəbər verir ki, Kərim Babayevin Rostovda çoxsaylı kommersiya obyektləri, bazarları, torpaq sahələri və s. var. İddia olunur ki, o bütün bu sərvəti həm də Borzenko ilə əlbir olmaqla qazanıb.

166.ru saytı Kərim Babayevin və oğlanlarının dosyesini dərc edib. Orada bildirilir ki, Kərim Babayev  1953-cü ildə Rostovun Tselinsk rayonunun Xlebodarnoe xutorunda anadan olub. Rostov kənd təsərrüfatı maşınları insitutunu bitirib, mühəndis-mexanik kimi “Rostprodmaş” zavodunda işə başlayıb. Hazırda “BaQi” MMC-nin baş direktorudur.

Hüquqi şəxslərin vahid federal Reyestrində yer alan məlumatlara görə, Kərim Babayev 19 müəssisənin ya sahibi, ya həmsahibidir. Onun rəhbərlik etdiyi “BaQi” MMC-nin əsas fəaliyyət sahəsi ərzaq mallarının, içki və tütünün parakəndə satışıdır. Bundan əlavə şirkət restoran və kafe xidməti ilə də məşğuldur.

Bundan əlavə, Kərim Babayev “RMZ” MMC şirkətinin də sahibidir. Bu şirkət qida məhsullarının istehsalı üçün maşın və avadanlıqların istehsalı ilə məşğuldur.

Biznes fəaliyyətinə Kərim 2000-ci illərin əvvəllərindən başlayıb, məhz həmin vaxtlarda Aksay rayonunda onun məşhur “Almaz” meyvə-tərəvəz bazarı tikilib və inkişaf edib. Babayev 2000-ci illərin əvvəllərində siyasətlə məşğul olmağa cəhd edib, Dövlət Dumasına seçkilərdə “Haqq İşi” partiyasından qatılıb, amma mandat ala bilməyib.

Kərim Babayevin futbola da marağı var, oğlanları Eduard və Vadim yerli “Rostselmaş” həvəskar futbol klubunda oynayıb. Babayev həmin klubu maliyyələşdirib. Tanışları və yaxınları Babayevi olduqca çılğın, amma ağıllı və bacarıqlı adam kimi xarakterizə edirlər.

Kərim Babayevin böyük oğlu Eduard 1974-cü ildə anadan olub, iki uşağı var. “İrbis” yanacaqdoldurma şəbəkəsinin sahibidir, eyni zamanda qardaşı Vadimlə birlikdə “Almaz” MMC-nin səhmlərinə nəzarət edirlər. 2010-cu ildə Eduard “Vahid Rusiya” partiyasından Rostov şəhər dumasına deputat seçilib. Eduard Rostovda, Aksay, Yantar və Novoçerkassk rayonlarında cəmi 15 şirkətin sahibidir. Bu şirkətlər müxtəlif biznes sahələrində fəaliyyət göstərirlər.

Vadim Babayev (o, saxlanılsa da sərbəst buraxılıb) 1980-ci ildə anadan olub, idman həvəskarıdır. Eyni zamanda 21 şirkətin təsisçisidir, bunlara “ATLANT-YUQ” MMC, “Naxçıvanskiy Kvartal” Ticarət Mərkəzi, “Aksay tərəvəzləri” MMC və s. daxildir. Habelə Rostov vilayəti üzrə boks federasiyasına başçılıq edib.

virtualaz.org

Xəbərlər