280
Kapital 20 fevral — 20:07

Bitkoin-dən növbəti rekord: 57 min dolları da keçdi

Bitkoinin qiyməti növbəti dəfə tarixi maksimumu yeniləyib.

Bu barədə “Coindesk” məlumat yayıb.

Saat 16:32-ə olan nəticələrə əsasən, kriptovalyutanın dəyəri 57123 dollar təşkil edib.

Bundan bir qədər əvvəl Bitkoinin maksimum dəyəri 56.3 min dollar olmuşdu.

Qeyd edək ki, bitkoin məzənnəsi hələ dekabr ayının ortalarında artmağa başlayaraq 2017-ci ildə qeyd etdiyi 20,042 ABŞ dollarlıq tarixi rekordu keçmişdi. Bir qədər fasilədən sonra fevralın 8-də İlon Maska məxsus “Tesla” şirkəti bitkoinə 1,5 milyard ABŞ dolları yatırdığını açıqlayandan sonra məzənnə artımı yenidən davam edərək artıq fevralın 16-da 50 min ABŞ dollarlıq həddi aşıb.

**01:07

"Bitcoin"in qiyməti ticarət sessiyası zamanı 7 faiz bahalaşaraq 55,2 min dollara yüksəlib.

Bu barədə CoinDesk portalı xəbər verib. Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib. Bundan əvvəl "Bitcoin"in kapitallaşması 1 trilyon dolları keçdi

Xəbərlər