1453
Kapital 13 yanvar — 15:15

Rusiyada gömrüyü aldadıb 40 milyon dolları xaricə aparan Azərbaycan vətəndaşı

Rusiyada 53 yaşlı Azərbaycan vətəndaşı gömrük orqanlarını aldadaraq ölkədən 40 milyon dollar məbləğində pulu qaçaqmalçılıq yolu ilə çıxardığı üçün barəsində istintaq başladılıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs (kimliyi göstərilmir) Krasnodar və Rostov aerportlarından Türkiyəyə cəmi 40 milyon dollara yaxın vəsaiti (2.5 milyard rubl) qaçaqmalçılıq yolu ilə daşıyıb.

 

Bu pulların sahibinin adı açıqlanmır

Cənub operativ gömrüyündən verilən məlumata görə, şəxs 30 dəfədən çox İstanbula uçub, bu zaman gömrük bəyannaməsində göstərib ki, iri məbləğlərdə pulu şəxsi istifadəsi üçün aparır. Lakin əməliyyat tədbirləri nəticəsində məlum olub ki, əslində Azərbaycan vətəndaşı Türkiyədən iri partiyada tekstil malları alıb və daha sonra onları Moskvada satıb. Növbəti səfərlərdən birində azərbaycanlı iri məbləğdə nəğd dollarla saxlanılıb.

 

Cənub operartiv gömrüyündən bildiriblər ki, onu ya iri məbləğdə cərimə, ya da 4 ilə qədər həbs gözləyir.

virtualaz.org

Xəbərlər