179
Kapital 13 yanvar — 10:14

Neftin qiyməti 57 dolları keçdi

Yanvarın 13-də keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı  neftin mart fyuçerslərinin qiyməti 0.48 faiz bahalaşaraq bir barel üçün 57.03 dollara yüksəlib.

Virtualaz.org xatırladır ki, beləliklə, 24 fevral 2020-ci il tarixindən sonra “Brent” markalı neftin bir barelinin dəyəri ilk dəfə 57 ABŞ dollarını keçib.

WTI markalı neftin fevral fyuçersləri isə 0.66 faiz bahalaşaraq bir barel üçün 53.56 dollara bərabər olub.

Onu da xatırladaq ki, "Saxo Bank"ın proqnozlarına görə, cari ilin ikinci yarısında neftin qiyməti 60 dollara çatacaq.

Xəbərlər