292
Kapital 12 yanvar — 14:28

Serbiya Azərbaycana olan borcunu vaxtından əvvəl ödədi

Serbiya hökuməti "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi üçün Azərbaycandan cəlb etdiyi 300 mln. avroluq kredit üzrə qalan 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb.

Virtualaz.org xarici KİV-lərinə istinadən bildirir ki, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Serbiya hökuməti krediti tam ödəmək üçün özünün "Komercijalna Banka"da olan 83,23% payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln. avroya satıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç keçən ilin dekabr ayında borcun qaytarılmasının dövlət borcunun ÜDM-ə nisbətini 0,42 faiz bəndi yüzdə 58,5-ə endirəcəyini söyləmişdi.

Qeyd edək ki, Serbiya və Monteneqro arasında "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi ücün 2012-ci ildə Azərbaycan Serbiyaya qarşılıqlı sərfəli şərtlərlə və dövlət zəmanəti ilə verilən ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə 300 mln. avro məbləğində kredit ayırmışdı. Layihənin baş podratçısı qismində Azərbaycanın "Azvirt" şirkəti çıxış edib.

Xəbərlər