494
Kapital 12 yanvar — 09:46

Mithat Yenigün: “Qarabağın yenidən inşasında Türkiyə podratçıları fəal rol oynayacaq”

Türkiyənin podratçı şirkətləri qarşıdakı illərdə Qarabağın yenidən inşa edilməsində və Azərbaycan iqtisadiyyatının inkişafında fəal rol oynayacaqlar. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Podratçılar Birliyinin (TMB) başqanı Mithat Yenigün bildirib.

“Olduqca riskli bölgələrdə uyğun büdcəylə və keyfiyyətli iş görməsi Türkiyə podratçılarını önə çıxaracaq”,-Yenigün deyib.

TMB başqanı bildirib ki, koronavirus pandemiyasına baxmayaraq Türkiyə podratçıları “Dünyanın ən böyük 250 beynəlxalq podratçıları” siyahısında 44 firma ilə Çin firmalarından sonra ikinci yerdədir və bu mövqeyini qoruyub saxlaya bilib. Və türk podratçı şirkətləri ölkə içərisində və xaricdə böyümə viziyonunu davam etdirir.

“Ticarət Nazirliyinin məlumatına əsasən 2020-ci ilin əvvəlindən noyabr ayına qədər Türkiyə podratçıları xarici ölkələrdə ümumi dəyəri 10.4 milyard dollar olan cəmi 175 layihənin icarsını üzərinə götürüb. Podratçılarımız xaricə açıldıqları 1972-ci ildən bəri 127 ölkədə cəmi 413 milyard dollarlıq layihə icra ediblər”,-Mithat Yenigün bildirib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri xarici ölkələrdə avtomobil yolları, tunellər, körpülər, çoxmərtəbəli binalar, ticarət mərkəzləri, elektrik stansiyaları, aeroportlar və digər infrastruktur obyektləri inşa ediblər. Azərbaycanda 1972-2020-ci illər ərzində Türkiyə podratçılarının həyata keçirdiyi və həyata keçirməkdə olduğu layihələrin ümumi dəyəri 14.7 milyard dollara yaxındır.

“Bazarların şaxələndirilməsi üçün özəlliklə səhrayanı Afrika ölkələrində inkişaf planları çərçivəsində həyata keçiriləcək layihələrdən önəmli pay əldə etməyi hədəfləyirik. Lider bazarımızı Rusiyadır və bu bazar önümüzdəki dönəmdə də bizim üçün önəmli olacaq. Ayrıca Dağlıq Qarabağda ortaya çıxacaq ehtiyaclarla bağlı yenidənqurma çalışmalarında Türk podratçılarının fəal rol üzərlərinə götürməsi və Azərbaycan iqtisadiyyatına ən yaxşı formada dəstək vermələri önümüzdəki ildə prioritetlərimiz arasında yer alacaq”,-podratçılar dərnəyinin başqanı belə deyib.

 

Qeyd edək ki, Qarabağ savaşında Azərbaycanın yanında olan qardaş Türkiyə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında da öz podratçı şirkətləri ilə artıq iştirak etməyə başlayıb. Bu ərazilərdə həyata keçirən ilk infrastruktur layihəsinin-Füzuli-Şuşa avtomobil yolunun inşasına podratçı qismində 2 Türkiyə şirkəti cəlb olunub. Habelə Kəlbəcərə Murov aşırımının altından tunel çəkməklə yeni avtomobil yolunun inşası layihəsi də hazırlanır və gözlənilir ki, bu layihəyə də Türkiyə şirkətləri podratçı qismində cəlb olunacaq. Füzulidə iləcək yeni beynəlxalq hava limanının inşası layihəsində də Türkiyə podratçılarının iştirakı gözlənilir.

Virtualaz.org

 

Xəbərlər