175
Kapital 16 noyabr — 13:29

“AS Group” şirkəti Vətən müharibəsi dövründə: Ordumuza dəstək davam edir

Ölkəmiz Vətən müharibəsinə başladığı gündən rəşadətli ordumuza dəstək olmağa çalışan “AS Group” şirkəti qələbəmizdən sonra da işğaldan azad edilən rayonlarımızda əsgərlərimizlə görüşüb. Şirkət bu dəfə Füzuli, Hadrut və Zəngilan rayonlarındakı həsrbi hissələrimizin əsgərləri üçün sovqat olaraq isti geyimlər, qida və generatorlar aparıb. “AS Group” həmçinin şirkət əməkdaşları arasında “Əsgərimə qanım fəda!” adlı qanvermə aksiyası keçirərək yığılan qanla döyüşlərdə yaralanan qəhrəman əsgərlərimizə dəstək olub.  

Qeyd edək ki, “AS Group” ölkədə tətdbiq edilən Hərbi Rejim dövründə Füzuli rayonunda düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən insanlara dəstək olub, özünün balansında olan texnikasını ordumuz üçün səfərbər edib.  Bundan başqa “AS Group” şirkəti cəbhədə döyüşən və şəhid olan əməkdaşlarının ailələrinə maddi və mənəvi dəstək olmağa çalışır.    

2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında sosial məsuliyyətini anlayaraq daim müxtəlif layihələrə dəstək olub.  

Hər şey vətən üçün!  

Xəbərlər