166
Kapital 17 oktyabr — 09:41

7 tank, 2 “Qrad”, 10 sursat maşını, toplar və s...

Azərbaycan Müdafiə Nazirliyi dünən gününikinci yarısından bu gün səhər saatlarına qədər cəbhədə gedən döyüşlər zamanı düşmənin canlı qüvvə və texnika sarıdan yenə ağır itkilər verdiyini bildirir.

Belə ki, ordumuz tərəfindən ötən  sutka ərzində həyata keçirilən döyüş əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

 

Xəbərlər