363
Kapital 12 oktyabr — 18:02

Mixail Qusman Silahlı Qüvvələrə Yardım Fonduna 50 min dollar köçürdü

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min dollar vəsait köçürüb.

Virtualaz.org xatırladır ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Fond Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardan könüllü əsaslarla daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.

Xəbərlər