327
Kapital 14 sentyabr — 15:08

Netanyahu: Bu iki ölkə ilə normallaşma iqtisadiyyatımıza milyardlarla pul gətirəcək

İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə barışıq müqaviləsi nəticəsində ölkəyə milyardların axacağını deyib.

Bu barədə “Anadolu” agentliyi Netanyahunun ofisindən verilən yazılı açıqlamaya istinadla xəbər yayıb.

Bildirilib ki, anlaşma diplomatik barışıqla iqtisadi barışığı birləşdirəcək, investisiyalar, əməkdaşlıq və ortaq layihələr yolu ilə ölkəyə milyardlarla pul gələcək.

Netanyahu normallaşma razılığı barədə müqavilə imzalamaq üçün Təl-Əvivdən Vaşinqtona gedərkən bildirib ki, “sülhə nail olmaq üçün yola çıxıram”.

Xəbərlər