294
Kapital 11 sentyabr — 17:03

Azərbaycan kriptovalyuta bazarına sərbəstlik verməyəcək

"Biz kriptovalyata mövzusunu yaxından izləyirik və Azərbaycan Mərkəzi Bankı ilə bu istiqamətdə işləyirik".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Maliyyə sistemimizin və iqtisadiyyatımızın xüsusiyyətlərindən irəli gələrək Azərbaycan burada daha mühafizəkar siyasətə üstünlük verir. Xüsusilə, tənzimləmə ilə bağlı, mənim fikrimcə, əsas suallar irəlidədir və bu məsələnin siyasi aspektinin kökü dövlətlərin gələcəkdə verəcəkləri qərardan aslı olacaq. Ödəniş vasitəsi üzərində dövlətin inhisarının əldən verilməsi həddindən artıq həssas və mürəkkəb qərardır. Onun fəsadlarının hamısının hesablanması və nəzərə alınması çox kompleks bir prosesdir. Məhz bu səbəbdən dünyada fərqli yanaşmalar mövcuddur və vahid mövqe formalaşmayana qədər burda sağlam mühafizəkarlığa üstünlük verilməlidir. Hesab edirəm ki, biz bir kateqoriyalardan çıxış etməliyik. Əgər özəl investorlardırsa, özəl tələblərdirsə prinsip etibarilə bu sahəni izləmək vacibdir. Kriptovalyata bazarını yüksək riskli aktivlər siyahısına aid edərdim”, - deyə nazir qeyd edib.

Xəbərlər