651
Kapital 13 avqust — 19:37

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artdı

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,58 mlrd ABŞ dolları, yaxud 1,7% artaraq 91,82 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 45,23 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,66 mlrd ABŞ dolları, yaxud 3,8% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 79 milyon ABŞ dolları, yaxud 0,1% azalaraq 46,59 mlrd ABŞ dolları təşkil edib.

Xəbərlər