895
Kapital 25 iyul — 16:21

S&P Global Ratings" Azərbaycanda ÜDM-in artımı və manatın sabitliyi barədə

“S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2020-ci ildə Covid-19 və neftin qiymətinin daha aşağı olması səbəbindən Azərbaycanda ÜDM-i 6,9% səviyyəsində proqnozlaşdırır, 2021-2023-cü illərdə ÜDM-in orta illik artımı 3,7% təşkil edəcək.

“İnterfaks-Azərbaycan” bildirir ki, Agentliyin dərc olunan yenilənmiş qiymətləndirmələrinə əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,9% (aprel proqnozu – 2,6%), 2022-ci ildə - 5%, 2023-cü ildə - 3% təşkil edəcək.

“Biz 2021-ci ildən iqtisadi fəallığın tədricən bərpasını gözləyirik, 2021-2023-cü illər ərzində ÜDM-in artımı orta hesabla 3,7% təşkil edəcək. Artım daxili tələbatın bərpası ilə dəstəklənəcək, buna fiskal təkanlar və karbohidrogen ixracının artımı imkan verəcək. 2018-ci ilin iyul ayında “Şahdəniz-2” iri qaz yatağının ilkin mərhələsinə başlanılıb, həmin dövrdən etibarən Azərbaycan qazı Türkiyəyə nəql olunur. Növbəti 4-5 il ərzində layihə tam gücünə çatanda qaz ixracının tədricən artacağını gözləyirik. 2020-ci ilin 3-cü rübündən sonra Azərbaycan qazının Avropaya çatacağını gözləyirik, bu da geniş iqtisadi dinamikanı möhkəmləndirməlidir”, - Agentliyin məlumatında vurğulanır.

S&P gözləyir ki, 2022-ci il aprel ayından sonra Azərbaycan 2019-cu ilin sonuna malik olduğu neft hasilatı göstəricilərinə nail olacaq.

Eyni zamanda, 2020-ci ildə ÜDM-in nominal həcmi $38 milyard, 2021-ci ildə - $44 milyard, 2022-ci ildə - $48 milyard və 2023-cü ildə - $51 milyard təşkil edəcək.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan güclü xarici balansa, ARDNF-də toplanan mühüm xarici aktivlərə malikdir.

Qiymətləndirmələrə görə, 2020-ci ildə tədiyə balansının kəsiri ÜDM-in 6,3%-ni təşkil edəcək və 2021-2023-cü illərdə profisitə çevriləcək: 2021-ci ildə ÜDM-in 0,6, 2022-ci ildə 5,5, 2-23-cü ildə 6,3%-i.

2020-ci ildə xarici ticarətdə Azərbaycanın profisiti ÜDM-in 5,8, 2021-ci ildə 10,7, 2022-ci ildə 14,5, 2023-cü ildə isə 15,4%-ni təşkil edəcək...

S&P gözləyir ki, 2024-cü ilədək olan dövrdə manatın ABŞ dollarına nisbətən orta məzənnəsi dəyişilməz qalacaq - 1,7 AZN/$1.

Xəbərlər