401
Kapital 6 iyul — 20:51

Bağlanmış 4 bankın əmanətçilərinə 181,4 milyon manat ödənildi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin 11,3 min əmanətçisinə 1 iyun - 6 iyul tarixlərində 181,4 milyon manat kompensasiya ödəyib.

Virtualaz.org bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-lərin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Xəbərlər