628
Kapital 24 iyun — 01:40

Gəliri çox olanlar üçün vergi artırılsın

Rusiya Prezidenti Vladimir Putin yanvarın 1-dən etibarən fərdi gəlir vergisinin dərəcəsini ildə 5 milyon rubldan çox gəliri olan şəxslər üçün 13%-dən 15%-dək artırmağı təklif edib.

Virtualaz.org bildirir ki, onun sözlərinə görə, bu faiz dərəcəsi ildə 5 milyondan çox gəliri olan şəxslərə şamil ediləcək. Bu artımdan illik əlavə gəlir 60 milyard rubl təşkil edəcək.

Putin həmin vəsaitin yetim xəstəlikləri olan uşaqların müalicəsinə sərf ediləcəyini bildirib.

Xəbərlər