383
Kapital 9 aprel — 16:00

Avropa Komissiyası koronavirusla mübarizə üçün Azərbaycana 14 milyon avro ayırır

Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana vəsait ayıracaq.

Virtualaz.org bildirir ki, bu barədə AK-ın Şərq tərəfdaşlığı departamentinin direktoru Laurens Meredit özünün “Twitter” hesabında məlumat verib.

Məlumatda qeyd olunur ki, AK “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq.

Azərbaycana bu məqsədlə 14 milyon avro ayrılıb.

Əldə etdiyimiz məlumata görə, bu vəsait əsasən, Azərbaycanın Gəncə, Mingəçevir, Cəlilabad, Qax və İsmayıllı bölgələrindəki peşə təhsili məktəblərində quraşdırılacaq fərdi qoruyucu vasitələrin istehsalı üçün avadanlıqların alınmasına sərf ediləcək.

Virtualaz.org

Xəbərlər