940
Kapital 24 mart — 01:54

BVF Ukraynaya 10 milyard dollar yardım edəcək

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 10 milyard dollar məbləğində maliyyə yardımı edə bilər.

Bu barədə Ukrayna Milli Bankının məlumatında deyilir.

Bildirilib ki, məbləğin 5,5 milyardı 3 illik proqram ərzində, 4,5 milyardı isə koronavirusdan dolayı maliyyə yardımı çərçivəsində çatdırıla bilər.

Bundan əlavə, Ukrayna ESF (Elektronik Sərhəd Fondu) proqramı çərçivəsində 10 milyardlıq məbləğin artırılması imkanlarını da araşdırır.

Xəbərlər