2503
Kapital 13 fevral — 17:05

Azərbaycan Türkiyədən 564 min dollarlıq qələm alıb

Türkiyə ötən il 137 ölkəyə 11 milyon 819 min dollarlıq qələm ixrac edib. Bunların içərisində Azərbaycan da var.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, son 5 ildə qələm ticarətinin ümumi həcmi 520 milyon dolları ötüb. Türkiyənin qələm ixrac etdiyi ölkələr arasında ilk yeri Misir (2 milyon 406 min dollar) tutur. Növbəti beşlikdə isə İraq (826 min dollar), Şimali Kipr (641 min dollar), Azərbaycan (564 min dollar), Almaniya (558 min dollar) və Rusiya (547 min dollar) yer alıb.

Mənbə yazır ki, ən çox tələbələr tərəfindən istehlak olunan qələm həm də dəyərli hədiyyə olaraq populyarlığını saxlayır. Kolleksiyaçılar üçün markaya və istifadə olunan materiala görə fərqlənən qələmlərin ən bahalısı 50 min lirəyə təklif olunur.

Virtualaz.org

Xəbərlər