2201
Kapital 13 fevral — 13:31

Azərbaycan neftinin bareli 60,53 dollara satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 55,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 51,25 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 60,53 dollar təşkil edib.

Xəbərlər