670
Kapital 24 yanvar — 21:42

Türkiyədən Azərbaycana sitrus meyvə ixracı azalıb

2019-cu ildə Türkiyənin Azərbaycana sitrus meyvə ixracı 2018-ci illə müqayisədə 43 faiz azalıb.

Bu barədə Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

Statistikaya əsasən, 2019-cu ildə Türkiyə Azərbaycana 20 055 ton sitrus meyvə ixrac edib.

Ötən il Türkiyədən Azərbaycana sitrus meyvə ixracından gəlirlər də 2018-ci illə müqayisədə 37 faiz azalıb.

Türkiyənin Azərbaycana sitrus meyvə ixracından gəliri 7,722 milyon dollar olub ki, bu da Türkiyənin 2019-cu il ərzində sitrus meyvə ixracından ümumi gəlirinin 1 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin meyvə və tərəvəz ixracı əvvəlki illə müqayisədə 11 faiz azalıb və 4,021 milyon ton təşkil edib. Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz ixracından gəliri 3 faiz azalaraq 2,247 milyard dollara bərabər olub.

Ötən il Türkiyə 1,123 milyon ton meyvə ixrac edib ki, bu da 2018-ci illə müqayisədə 5 faiz azdır. Bununla belə, ötən il meyvə ixracından gəlir 2 faiz artaraq 846 milyon dollar təşkil edib.

2019-cu ildə Türkiyə 1,284 milyon ton tərəvəz ixrac edib ki, bu da 2018-ci illə müqayisədə 2 faiz azdır. Tərəvəz ixracından gəlir 645 milyon dollar təşkil edib.

2019-cu ildə Türkiyə 1,614 milyon ton sitrus meyvə ixrac edib. Bu, əvvəlki illə müqayisədə 20 faiz azdır. Türkiyənin sitrus meyvə ixracından gəliri 756 milyon dollara bərabər olub.

Xəbərlər