1435
Kapital 11 yanvar — 19:34

Malik və Elşən Babayevlər Azərbaycan dövlətinə 50 milyon dolları qaytaracaqmı...

Peterburqda Dövlət Ermitajı otelinin rəsmi sahibi olan “MBİK” şirkəti Azərbaycanın dövlət “Aqrarkredit” şirkətinə 34 milyon avro və 10 milyon dollar ödəməlidir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin kredit kimi verdiyi və geri qayıtmayan pulların qaytarılması uğrunda gedən daha bir məhkəmə mübarizəsindən gedir.

Sankt-Peterburqun və Leninqrad vilayətinin Arbitraj məhkəməsi qərara alıb ki, “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” (MBİK) Azərbaycanın bank olmayan kredit təşkilatı “Aqrarkredit”ə göstərilən məbləğləri ödəməlidir. Xatırladaq ki, “Aqrarkredit” Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərinin sahibidir və hazırda “Canik”in payladığı pulları geri qaytarmaqla məşğuldur.

Arbitraj məhkəməsinin materiallarından məlum olur ki, 2017-ci ildə tərəflər qarşılıqlı güzəşt haqda razılaşma imzalayıblar.  Bu razılaşmaya əsasən bütün məsələlər .6 milyon dollara həll edilməliydi. “Baltik Beynəlxalq İnvestisiya Şirkəti” həmin vəsaiti 2018-ci il iyunun 1-nədək geri qaytarmalıydı. Lakin belə görünür ki, pul ödənilməyib və “Aqrarkredit” Arbitraja müraciət edib.

“Aqrarkredit” əvvəldən cavabdeh tərəfdən 36 milyon avro və 11 milyon dollar tələb edirdi. Lakin məhkəmə çəkişməsi asan keçməyib. Cavabdeh tərəf hətta iddia edib ki, şirkətin direktoru Elşən Babayevin borc sənədlərindəki imzası saxtadır və nəticədə ona qarşı irəli sürülən iddialar əsassızdır. Məhkəmə isə ekspertiza təyin etməyib, çünki iddiaçı borc sənədinin saxta olmadığına dair tutarlı dəlillər təqdim etmişdi.

“Baltik Beynəlxalq İnvestisiya Şirkəti”nin təsisçiləri Malik Babayev və Elşən Babayevdir. Bu şirkət Peterburqda Ermitaj-otelin sahibi kimi tanınır. Otel Azərbaycan dövlət bankının ayırdığı on milyonlarla dollarlıq kredit hesabına təmir edilib və restavrasiya olunub. Lakin pullar geri qayıtmayıb.

Virtualaz.org

Xəbərlər