539
Kapital 10 yanvar — 16:38

Elman Rüstəmov manatın 2020-ci il məzənnəsi haqda

2020-ci ildə manatın məzənnəsi öz dinamikasını qoruyacaq.

Virtualaz.org bildirir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə görüşündə deyib. Onun sözlərinə görə, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

E.Rüstəmov, həmçinin qeyd edib ki, hazırda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 51 milyard dolları keçib: "Bu göstərici ölkənin xarici borcundan 5 dəfə çoxdur və ümumi daxili məhsul səviyyəsindədir".

Xəbərlər