114
Kapital 12 dekabr — 14:00

Azərbaycan nefti ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Virtualaz.org xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,29 dollar artaraq 64,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 58,88 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light”in bir barelinin qiyməti 0,85 dollar geriləyərək 68,75 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbərlər