288
Kapital 8 noyabr — 13:28

Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.

Bu barədə virtualaz.org-a BBAK-dan məlumat veriblər.

Bildirilib ki, Saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat --- 1 AZN

• 3-6 saat --- 2 AzN

• 6-9 saat --- 3 AZN

• 9-12 saat --- 4 AZN

• 24 saat ---- 5 AZN

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda geri alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

BBAK-dən bildirilib ki, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq edilir!

Xəbərlər