261
Kapital 5 noyabr — 19:07

Elman Rüstəmov: Manatın məzənnəsi diqqət mərkəzində olacaq

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, E.Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, gələn il qarşılarında duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq: “Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir”.

Xəbərlər