492
Kapital 21 oktyabr — 17:27

Azərbaycandan Gürcüstana qeyri-leqal dizel daşınır

Azərbaycandan Gürcüstana qeyri-leqal dizel yanacağı daşınır. Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik”in Gürcüstan bürosu məlumat yayıb.

Bildirilir ki, Gürcüstana buğda daşıyan yük avtomobillərində Laqodexi və Qırmızı körpü, həmçinin “Lars” keçid məntəqəsi vasitəsilə Azərbaycandan, İrandan və Rusiya Federasiyasından dizel yanacağı gətirilir.

Mənbə Gürcüstan Neft İdxalçıları Birliyinin saytına istinadən qeyd edir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstana neft məhsullarının idxalı 779,4 min ton təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,3% azdır. 2019-cu ilin əvvəlindən etibarən Rusiya Gürcüstan üçün ən böyük yanacaq tədarükçüsü olaraq qalır, bu siyahıda növbəti yerləri Rumıniya, Azərbaycan, Türkmənistan, Bolqarıstan və Yunanıstan tutur. Qeyd olunur ki, son 9 ayda benzin idxalı 403,4 min ton, dizel yanacağı 376 min ton təşkil edib. Beləliklə, benzin idxalı 0,5 faiz, dizel yanacağı isə 8 faiz azalıb.

“Buna səbəb Türkiyəyə təkrar ixracın azalması ilə əlaqədar olan dizel yanacağının azalmasıdır. Digər bir səbəb isə, Gürcüstana hibrid avtomobillərin idxalının əhəmiyyətli dərəcədə artmasıdır. Hazırda Gürcüstanda təxminən 80 min ədəd hibrid avtomobil var”, - məlumatda bildirilir.

Virtualaz.org

Xəbərlər