410
Kapital 17 oktyabr — 14:48

Ödənişli təhsil alan tələbələrə kömək ediləcək

Ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir.

Virtualaz.org xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir. “Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək”,-nazir əlavə edib.

C.Bayramov onu da söyləyib ki, mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir. Dövlət hesabına təhsil alanların təhsil haqqını dövlət ödəyir. Son bir il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib. 2019-cu ildə bu cür təhsil alanların sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. “Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar”,-nazir belə deyib.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər