108
Kapital 9 oktyabr — 12:05

Azərbaycanlı Rusiyada saxta spirtli içkilərə görə mühakimə olundu

Rusiyanın Xabarovsk vilayətində saxta spirtli içkilərin emalında və satışında ittiham olunan 42 yaşlı azərbaycanlı məhkəmə önünə çıxarılıb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs ötən ilin oktyabrından bu ilin martınadək saxta içki məmulatlarının ticarəti ilə məşğul olub. Belə ki, o, aksiz markasız spirt məmulatlarını istintaqa məlum olmayan şəxslərdən alıb və tanışına məxsus qarajda saxlayıb. Bundan sonra spirtli içkilərin satışını həyata keçirib.

Axtarış zamanı qarajdan 1000 şüşədən çox- 323 min 360 rubl dəyərində spirtli içki aşkarlanaraq götürülüb. İş üzrə keçirilən məhkəmə prosesi zamanı azərbaycanlıya 250 min rubl cərimə cəzası təyin edilib.

Virtualaz.org

Xəbərlər