305
Kapital 12 sentyabr — 18:10

Vahid Ələkbərov rusiyalı milyarderlərin sırasında ilk üçlükdə

“Forbes” jurnalı rusiyalı milyarderlərin yeni siyahısını tərtib edib.

Siyahıya “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mixelson liderlik edir. Onun sərvəti 26,2 milyard dollar miqdarında dəyərləndirilir.

İkinci yerdə 22,1 milyard dollar sərvətlə Prezident Vladimir Putinlə yaxınlığı ilə tanınan, Leonid Mihelsonun ortağı Gennadi Timçenko qərarlaşıb.

Azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov siyahıda üçüncü yerdədir. O, 21,2 milyard dollar sərvətə sahibdir.

Dördüncü yeri 20,8 milyard dollar sərvətlə “NLMK” şirkəti Direktorlar Şurasının sədri Vladimir Lisin tutub.

Beşinci yerdə isə “Severstali” şirkəti Direktorlar Şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. O, 20,4 milyard dollar sərvətə yiyələnib.(“Qafqazinfo”)

Xəbərlər